Hario, pourover, V60 nedir və necə istifadə edilməlidir?

Bugün biz alternativ qəhvə dəmlənməsinin hər kəs tərəfindən sevilən  üsullarından biri haqqında danışacağıq, məhz purover, hario və ya onu daha necə adlandırırlar V60. Purover ingilis dilindən - "pour over", hərfi tərcümədə -"yuxarıdan tökmək" deməkdir. Hario-bu metod üçün aksesuarlar istehsal edən yapon şirkətinin adıdır. V60 isə huni Latın herfi (V) bənzədiyi və divarları arasındaki bucaq 60°oldugu üçün adlandırılıb.


image-17-08-20-02-58-5.jpeg


V60 HUNİSİN YARANMA TARİXİ

1980 - ci illərdə bazarda puroverlərdən daha çox immersion kofe bişirənlərə üstünlük verilirdi. Hario dizaynerləri (şirkət 1921-ci ildə Yaponiyada yaradılmışdır), suyun qəhvə qatından keçməsinə imkan verən huninin parabolik formasının təmiz, ləzzətli bir qəhvə fincanı almağa köməkçi olub olmadığı haqda düşünürdülər. Bu çox yaxşı bir fikir idi, ancaq V60  ı canlandırmaq üçün bir neçə il lazım oldu.

HUNİNİN DİZAYNI 

Dizaynerlər kağız filtrini tutmaq üçün polad tel ilə, damcı tipli bir cihaz yaratdılar. Huni bazarda ani qəhvənin artan populyarlığı səbəbindən uğur qazanmadı. Bu ideya unudulmadı, ancaq 2004-cü ilə qədər donduruldu.

Huninin forması kağız filtirini saxlamaq üçün hazırlanmışdır, altında böyük bir dəlik təmin edilmiş və huninin daxili tərəfində spirallarla gedən, havanın dəmlənmə zamanı dövr etməsinə imkan verən qabırğalar düzəldilmişdir. Bu dizaynda huni 2004 ildə buraxıldı.

Orijinal V60 hunisi Yapon çini Arita-yakidən hazırlanmışdır. Arita-yaki incə bir fraksiyalı gildən hazırlanmışdır, buna görə də ləkəsiz və parlaq olur. Arita-yaki metodu 400 ildir ki, istifadə olunur.

image-18-08-20-03-17-1.jpeg


Hario huniləri keramik, şüşədən, metaldan, plastikdən, həmçinin misdən hazırlanır. Huninin materialı qəhvə dəmlənmə üsuluna təsir edir. Dəmlənmənin üsulunda ki dəyişkənlik bizə müxtəlif dadlar bəxş edir.

Keramik hunini əldə saxlamaq xoşdur, lakin qalınlığına görə əvvəlcədən isitmək lazımdır. Buna görə, keramik huni dəmlənərkən suyun temperaturunu azalda bilər.

Plastik huni, keramika ilə müqayisədə, demək olar ki istilik saxlamır, buna görə də istifadə edildikdə suyun temperaturu daha sabit olacaq və ya əhəmiyyətsiz dərəcədə azalacaq.

Metal huni ekstraksiyanı artırmaq üçün yaradılmışdır.


image-17-08-20-02-58-7.jpeg


V60 HUNİSİNDƏ QƏHVƏ DƏMLƏMƏK ÜÇÜN İNVENTAR :

  • qəhvə
  • huni
  • çaydan
  • filtr
  • tərəzi
  • qəhvə dəyirmanı

Qəhvəni 3 punkta bölmək olar: qovurma tərzi, emal üsulu və çeşidi. Hal-hazırda bizim 3 qovurma növümüz var: Amerikan, Skandinaviya və filtr qovurma. Son qovurma növünün özəlliyi ondan ibarətdir ki, biz bu üslubla qızardaraq, qəhvə dənələrinin bütün terruarını maksimum dərəcədə qoruyuruq. Buna görə də, biz filtr qovurmadan istifadə etməyi məsləhət görürük.

Emal üsulu və çeşidlənməsi qəhvənin son dadına təsir edəcək. Təbii emal qəhvəsi öz şirinliyi və sıxlığı ilə fərqlənir, yuyulmuş emalın dadı isə daha yüngül və parlaq olacaq.

Qəhvənin müxtəlifliyinə gəldikdə - növlər çoxdur və bir neçə qitəyə bölünür. Biz bu haqda ümümi danışacayıq ki, hər kəs yetişmə yerinin dada necə təsir etdiyini başa düşsün. Braziliyadan gələn qəhvə daha tünd, şokolad və qoz-fındıq notları ilə olacaq, Efiopiya isə dadında sitrus notlarına, parlaqlığa və yüngüllüyə malikdir. Paketlərimizdə deskriptorları, yəni təsvirçiləri və emal üsulunu görə bilərsiniz.

   image-18-08-20-03-17.jpeg


Huni, əvvəl dediyimiz kimi, müxtəlif istehsalçı və materialdan olur. Plastik huni istiliyi sudan asta-asta alır və bu istiliyi digər materialların hunilərindən daha asta havaya buraxır. Buna görə, plastik huninin içərisində suyun istiliyi daha uzun qalır, bu da içkinin dadını daha sabit edir. Keramika istiliyi plastikdən 20-25 qat daha güclü keçirir. Bu o deməkdir ki, sizin içkiniz keramikadan huniyə daha sürətli istini verəcək və içki, əslində, daha sürətli soyuyacaq.

Filterlərə gəldikdə: metal filtrlər kağız filtrlərdən daha bahalıdır, lakin kağız filtrlərindən yalnız bir dəfə istifadə etmək olar.

Metal filtrlərin istifadəsinin mürəkkəbliyi onların təmizləməsindən ibarətdir, çünki qəhvə tozu torda qalır və əgər onu təmizləməsək, növbəti qəhvə dəmlənməsində içki xoşagəlməz acı dad əldə edəcək. Kağız filtrində dəmləndikdə, qəhvədəki yağlar kağıza hopur, bu prosess içkinin son dadını daha təmiz və parlaq edir. Metal filtrdən fərqli olaraq, kağız filtrda dəmlənmiş qəhvə daha güclü və daha sıx olacaq.


image-17-08-20-04-45-2.jpeg


Çaydan lazımlı temperaturu dəstəkləməlidir, onlar dizayna, istehsalçılara və s. görə fərqlənir.

Tərəzi qəhvə və suyun dəqiq çəkisini öyrənməyə kömək edəcək, bu da hər dəmlənmədə dadda sabitliyi təmin edəcək. (təminləşdirəcək)

Dəyirmanlar əl və avtomatik olur. Dəyirmanlar daşları ilə fərqlənir. Əksər hallarda əl qəhvə üyüdücülərdə konik dəyirman daşları, avtomatik üyüdücülərdə isə düz daşlar olur. Qəhvə üyüdücünün əsas funksiyası-qəhvəni sabit üyütməkdir, bizim vəzifəmiz isə üyütməni düzgün seçməkdir. V60 üçün düzgün üyüdülmüş qəhvə, qamış şəkəri dənəciklərinə yaxın olan qəhvədir.

image-17-08-20-04-45.jpeg

Sonuncu, lakin vacib komponent - sudur. Qəhvə fincanı 98% sudan və yalnız 2% qəhvədən ibarətdir. Su həlledici kimi fəaliyyət göstərir və buna görə də dəmlənmə zamanı əsas rollardan birini oynayır. Qəhvə dəmləmək üçün ən əhəmiyyətli minerallar kalsium və maqneziumdur. TDS suda həll olunmuş, bərk maddələrin ümumi miqdarını göstərir. Şüşələnmiş suyu istifadə edirsinizsə, TDS-ə diqqət yetirin, onun miqdarı  75-dan 175-a qədər olmalıdır.

DƏMLƏMƏYƏ BAŞLAYAQ

 1 litr suya 60 qram qəhvə nisbəti oynaya biləcəyiniz ilkin istinad nöqtəsidir. Daha zəngin bir dad əldə etmək üçün biz 250 q. suda 18 q. qəhvə istifadə edəcəyik. Tövsiyə olunan suyun istiliyi 91-95° arasında dəyişir, amma hazır içki içərisində, istilik 61-67° arasında olacaq, istiliyi 94° sudan istifadə edəcəyik.

NƏMLƏNDİRMƏ

Kağızın dadını yox etmək və bununla birlikdə hunini isidmək üçün filtri nəmləndiririk. Qeyd etmək istərdik ki, keramika hunisini digər materiallardan bir az daha artıq qızdırmaq lazımdır. İndi qəhvə əlavə edək. Ekstraksiyanın hamar şəkildə keçməsi üçün səthi düzləşdirmək vacibdir. Bütün bunlar tərəzi üzərində aparılır. Sıfırlayıb,  isladaraq, qəhvəni dəmləməyə başlayırıq. 50 qr su ilə isladırıq, bu həcm bütün qəhvəni nəmləndirmək üçün kifayətdir, prosess 30 saniyə çəkir. Nəmləndirmə zamanı köpüklər görəcəksiniz, beləliklə karbon qazı azad olur.


image-17-08-20-02-58.jpeg


30 saniyə bitdikdən sonra, suyun qalan hissəsini, kənardan mərkəzə, dairəvi şəkildə  tökürük. Huninin kənarlarına bir dəfəyə su tökmək olmaz, bu halda su ilə qəhvə arasında əlaqə olmayacaq və su üyüdülmüş kiçik hissəciklərlə filtri tıxıya bilər. Su tökmə prossesinin ümumi vaxtı 1.20-1.25 dəqiqə, dəmlənmənin isə təxminən 2.5-3 dəqiqə olmalıdır.


image-17-08-20-02-58-3 (1).jpeg


Müəlliflər : Abdullayeva Məryəm 

                 Babayev Rəşad 


Geri siyahıya

Ən yaxşı avadanlıqlar
Giesen şirkətinin rosteri
Gündəlik qovurma
Yalnız təzə qəhvə
Dürüst qiymət
Bazardaki ən əlverişli müqavilə
Eksklüziv qovurma
Təkrar olunmaz profillər
Nadir mikrolotlar
Unikal növlər
Fərdi xidmət
Xüsusi şərtlər