Frenchpresdə düzgün qəhvə dəmləmənin qaydaları

Qəhvə bişirmənin sadə və dadlı üsullarından bəhs edəndə ağla ilk gələn cihazlardan biri - Frenchpresdir.
Bu məqalədə biz onun yaranması və inkişafından bəhs edəcəyik, reseptlərlə bölüşüb, dadlı qəhvə əldə etmənin qaydalarını izah edəcəyik.


IMG_9458.jpg



FRENCHPRESİN YARANMA TARİXİ

Cihazın adından Fransa istehsalı olduğunu təhmin etmək asandır, ancaq İtalyanlarında rolu az deyil.
İlk Frençpres 19-cu əsrin ortalarında, Fransız ixtiraçıları Mayer və Delforje adları ilə qeyd olunub, ancaq daha müasir versiyası 20-ci əsrin ortalarında İtalyan ihtiraçı Atilio Calimani və Giulio Moneta tərəfindən patentləşdirilmişdir. Sonraki patentlərin arasında daha bir italyan ihtiraçı Faliero Bondanininin versiyası da diqqət çəkmişdir. Sonra Fransız şirkəti Martin S.A. istehsalını öz üzərinə götürüb və Chambord markası altında qəhvə cihazları istehsal etməyə başlayıb.
Frenchpresin popularlığının bir başqa səbəbi isə Dossierin "İpkress" filmində Frenchpresdən istifadə etməsi oldu.


image3.png



FRENCHPRESİN DİZAYNI

Chambordun klassik dizaynı demək olar ki, bu günə qədər dəyişməz qalıb: şüşə qab, polad qapaq, yuvarlaq qulp. Filtr çox zaman metaldan, bəzən isə neylondan hazırlanır. Kağızdan fərqli olaraq təbii yağların və kiçik qəhvə hissəciklərinin suya sızmasına mane yaratmır.
Bugün bazarda Frenchpresin American Press, Espro Press Rite Coffee Press kimi müasir və fərqli variantlarını tapa bilərsiniz.


IMG_9471.jpg


Amerikan press - 2016-ci ildə satışa çıxarılan yeni cihazdır. Bu, Frenchpreslə Aeropresin arasında, ortaq bir məxrəcdir. Dizaynı təkmilləşdirilmiş frenchpresə bənzəyir: iki divarlı kolbadan, üyüdülmüş qəhvə üçün çox incə metal süzgəcləri olan hermetik konteynerdən və qəhvə süzümü üçün xırda deşikli qapaqdan ibarətdir. Aeropresdə olduğu kimi qəhvə və su təmasda olmadıqları üçün nəticədə daha parlaq və daha sıx bir içki əldə edəcəksiniz. 


78598044c897781.jpg



Espresso press silikon kənarlara, ikiqat divara, paslanmayan polad dizayna və ikiqat mikrofiltra malikdir. İkiqat filtr sizin içkinizdən kiçik hissəcikləri aradan qaldıracaq və beləliklə içkiniz acısız, dolğun və təmiz olacaq. Silikon kənarlar tərəfindən yaradılan vakuum, pistonu endirdikdən sonra ekstraksiyanı dayandıracaq, bu da daddakı dəvamlılığı ilk qurtumdan son qurtumadək qoruyacaq.Cihazın ikiqat polad divarları isə sizin içkinizi bir neçə saat isti qalmasına kömək edəcək.


65540012f4a9ad805f308a4705b4f4be.jpg



Rayt press ənənəvi frenchpresslərin bütün üstünlüklərinə malik, mənfi cəhətlərindən isə azad edilmişdir. Pres paslanmayan poladdan hazırlanmışdır, presin qapağına çıxarıla bilən termometr və 3 dəq. 30 san. qum saatı quraşdırılmışdır. Rayt pressin əsas üstünlüyü onun çıxarıla bilən qəhvə dibinin yığıldığı qabdır.
Bu cihazda asanlıqla qəhvə hazırlamaq üçün sıradaki 4 addımı yerinə yetirməniz kifayetdir : 1. Suyu və üyüdülmüş qəhvəni ölçün; 2. Termometrdə rəng şkalasından istifadə edərək dərcəni yoxlayın; 3. Taymeri çevirin; 4. 3 dəq. 30 san. sonra pistona basıb, mükəmməl dəmlənmiş içkini fincanlara tökün.


cbec05f2f4f0237309741682c1d4d11b_original.png



FRENCHPRESS-in SPECIALTY COFFEE DÜNYASINDAKİ YERİ

Sadəliyinə baxmayaraq frenchpressin specialty coffee dünyasındaki yeri əvəz olunmazdır. Suyun dərəcəsi, qəhvə dənəciklərinin üyüdməsi və təzəliyi kimi sadə qaydalara uyaraq dadlı qəhvə hazırlamaq çox asandır. James Hoffman öz YouTube kanalında bu haqda məlumat verib.


IMG_9457.jpg



JAMES HOFFMANDAN FRENCHPRESİN BAZA RESEPTİ

Resepti yazmazda əvvəl, biz sizə Hoffmanın təmiz və dadlı qəhvə əldə etmək üçün tövsiyyə etdiyi 5 məqamdan danışacağıq.

〰️1-ci addım. Səbr. Bu çox asan lakin sürətli olmayan bir yoldur.

〰️2-ci addım. Təzə qəhvə. Əgər fincanınızdan ləzzət almaq istəyirsinizsə, təzə üyüdülmüş qəhvədən istifadə etməlisiniz.

〰️3-cü addım. Öz reseptinizi tapın. Sizə 100% uyğun olan resepti tapmaq üçün 1 l suya 60-70 qr qəhvə istifadə edərək başlamağınızı məsləhət görürük.

〰️4-cü adım. Tərəzi. Tərəzi neçə qramm qəhvə istifadə edərək dadlı və ya acı qəhvə əldə etdiyinizi müəyyənləşdirməyə kömək edəcək .

〰️5-ci addım. Su. Təzə, təmiz və yumşaq sudan istifadə edin. Əgər suyunuz dadlı deyilsə, deməli qəhvəniz də dadlı olmayacaq.

Dəmləməyə başlayaq.
Bizə lazım olacaq inventar : qəhvə, qəhvəüyüdən, tərəzi, Frenchpres, qaşıq, çaynik.
Biz 500 ml suya 30 q qəhvə istifadə edəcəyik, siz isə Frenchpresinizin ölçüsünə əsaslanmalısınız.


IMG_9456.jpg



 Qəhvəni orta ölçüdə, qamış şəkərindən bir az böyük, üyüdün və frenchpresə tökün. Lazımi miqdarda qaynadılmış suyu əlavə edin və 4-7 dəqiqə gözləyin. Su ilə qəhvənin təması nə qədər uzun olsa, dadıda bir o qədər intensiv və dolğun olacaq.


IMG_9481.jpg



Sonra qəhvənin üzərinə çıxan kiçik hissəcikləri qarışdırın: əksəriyyəti batmağa başlayacaq, qalanlarını isə qaşıqla təmizləyib atın.


IMG_9206.jpg




 Dörd dəqiqə gözlədikdən sonra pistonu qəhvənin üzərində qalmaq şərti ilə aşağı salın.



IMG_9538.jpg



Qəhvəni astaca fincana tökün və indiyə qədər Frenchpresdən əldə etdiyiniz ən ləzzətli və təmiz qəhvədən zövq alın.



IMG_9573.jpg



Beləliklə frenchpresdə qəhvə dəmləmənin qaydalarını yekunlaşdıraq.

  •  Qəhvə və suyun ideal nisbəti - 1l su/ 60 qr qəhvədir. Məsələn, Frenchpressiniz 350 ml-dirsə, 20 qr. qəhvə istifadə edin.
  • Suyun temperaturu 92°  ilə 98°  arasında olmalıdır. Suyun temperaturu nə qədər yüksəkdirsə, ləzzəti o qədər intensiv və dolğun olacaq.
  • Frenchpres üçün ideal üyüdmə qamış şəkərindən biraz böyük olan üyüdmədir ( qəhvəni çox böyük üyüdsəniz o dəmlənməyəcək).
  • Dəmləndikdən dərhal sonra qəhvəni fincanlara tökməlisiniz, əks təqdirdə ekstraksiyası çox olacaq və acı dadacaq.








Geri siyahıya

Ən yaxşı avadanlıqlar
Giesen şirkətinin rosteri
Gündəlik qovurma
Yalnız təzə qəhvə
Dürüst qiymət
Bazardaki ən əlverişli müqavilə
Eksklüziv qovurma
Təkrar olunmaz profillər
Nadir mikrolotlar
Unikal növlər
Fərdi xidmət
Xüsusi şərtlər