AeroPressin müsbət cəhətləri, yaranma tarixi və son trendləri haqqında

Аlternativ dəmləmənin  populyar üsullarından biridə Aeropressdir.
Bu məqalədə biz sizə bu üsulun yaradılış tarixi, üstünlükləri, dünya çempionatındaki yeri və son tendensiyaları haqqında ətraflı məlumat verəcəyik, və təbii ki,  asan reseptlərlə də bölüşəcəyik.


IMG_7926.jpg



AEROPRESSİN YARANMA TARİXİ

2004-cü ilin əvvəllərində ixtiraçı Alan Adler qəhvənin dəmlənməsi ilə maraqlanmağa başlayır və purover kimi sulu olmayan, hazırlanması çox vaxt aparmayan bir metod kəşv etmək qərarına gəlir. Bir espresso maşını kimi təzyiqdən istifadə edərək qəhvəni daha sürətli hazırlaya biləcək bir cihaz yaratmağa başladı. 40-dan çox metod sınadıqdan sonra Adler, 2005-ci ilin noyabrında təqdim etdiyi dizaynın üzərində dayandı.



image-02-09-20-03-41.jpeg



AEROPRESSİN DİZAYNI

Aeropressin çox cəlbedici olduğunu deyə bilmərik, ona keramik V60 hunisin və ya şüşe sürahi görününmlü chemexin zərifliyi çatışmır. Şpris və ya sadə pistonlu nasos kimi görünür və eləcə də işləyir, french-press və puroverin arasında bir çihaz kimi təsvir olunur.

Aeropress üç əsas hissədən ibarətdir : piston, kamera, qapaq. Kameranı kağız filtrli qapaqla bağlayın,qəhvə və qaynar su tökub qarışdırın, sonra isə pistondan istifadə edərək içkini fincana sıxın.

Çox adama qəhvə sahəsindəki peşakarların bu cihazı qiymətləndirməsi təəccüblü gəldi, çünki onlar daha çox mürəkkəb, keramika və ya şüşə cihazlara üstünlük göstərirlər. Ancaq bir çoxları Aeropressdən istifadə edərək asan, qısa müddətdə, təmiz və çöküntüsüz bir fincan qəhvəni əldə etməyin mümkün oldüğü etiraf etdi. İnanılmaz çevikdir, həm tünd, həmdə yumşaq qəhvə üçün uygundur. Adler ayrıca kağız filtrlərinin normal olaraq bədəni LDL xolesterol istehsalına vadar edən lipidləri azaltdığını iddia edir.



image-02-09-20-02-44-15.jpeg




AEROPRESSİN SPECİALTY COFFEE DÜNYASI VƏ ÇEMPİONATLARDAKİ YERİ

Specialty coffee sənayində Aeropressə şüphə ilə yanaşdilar və hətta rədd etdilər, ancaq vaxt keçdikcə bu əlbəttə ki dəyişdi, çünki keyfiyyətinin sübutu dadlı və təmiz bir qəhvə fincanı idi.

Aeropressin bir sıra müsbət cəhətləri var, məsələn : zəngin, yumşaq və acısız dadı; təəcüblü dərəcədə az turşuluğu; frenchpressdən fərqli olaraq fincanın dibində yığıntının olmamamsını təmin edən mikrofiltləri; 1 dəqiqə arzində 1-3 fincan qəhvə hazırlayır; həm americano həmdə espresso dəmləyir, əsi; mətbəx, səyahət və kemping üçün uyğundur; təmizlənməsinin saniyələr çəkir; 350 mikrofiltrı.

Vaxt, dəmləmə üsulu, qəhvənin dozası, suyun miqdarı və temperaturu ilə eksperiment aparma imkanı hər dəfə daha dadlı qəhvənin alınma şansını artırır. Beləliklə, dəmlənmənin müxtəlif üsulları dünyaca məşhur oldu və AeroPress üzrə Dünya Çempionatına gətirib çıxardı.

2008-ci ildə ilk AeroPress Dünya Çempionatı yarandı, Osloda keçdi və təəsüf ki, yalnız 3 nəfər iştirak etdi.
Təşkilatçılar Tim Varney (hələ Tim Williams ilə birlikdə tədbirə ev sahibliyi edir) və Tim Wendelboe idi. Aeropressin özü kimi, müsabiqə də qəhvə çempionatı təqviminin populyar və ayrılmaz hissəsinə çevrildi və artıq 2018-ci ildə 61 ölkədən 3157-dən çox insan iştirak etdi.



image-02-09-20-02-44-3.jpeg



AeroPress GO - Specialty coffee dünyasının yeniliklərindəndir. 2019-cu ilin əvvəlində Aeropress Inc yeni Aeropress Go-nu təqdim etdi. Orijinal AeroPress-in bütün üstünlüklərini qorumaq üçün ən kiçik detallara qədər düşünülmüşdür. Həmçinin onun daşıma futlyarı kimi də istifadə olunan fincanı var. AeroPress Go səyahət, kempinq və sadəcə iş üçün optimize edilmişdir. Yeni cihaz sizi her yerdə dadlı qəhvə ilə təmin edəcək!



aeropress-go-2-transparent.png




 DƏMLƏMƏ RESEPTLƏRİ

Aeropressdə dəmləmənin iki üsulu var : standart ( cihazı filtrı aşağı tərəf fincanın üzərinə yerləşdirirsiniz) və tərs mətod ( cihazı pistonun üzərinə yerləşdirib gözləyirsiniz).



image-02-09-20-02-44-12.jpeg



Standart metod

(Alan Adler tərəfindən istifadə olunur)
  • 17 q. qəhvəni orta və ya kiçik ölçüdə üyüdün
  • Suyu 93-94 dərəcəyə qədər qızdırın, üzərinə qəhvə töküləcək səthi əvvəlcədən isladın
  • Filtrı qapağa yerləşdirib, qabağı trubaya bağlayın
  • Taymeri su tökməyə başlayandan dərhal sonra açın və 4 işarəsinə çatana qədər tökün (təxminən 220 q. su).
  • Pistonu kameraya yerləşdirib, vakuum yaratmağ üçün biraz yuxarı çəkin.
  • Taymer1 dəq. 15 san. göstərdikdə, pistonu çıxarıb bir az qarışdırın, sonra pistonu yenidən taxın və fışıltı səsi eşidənə qədər yavaş-yavaş üzərinə basın.




image-02-09-20-02-44-2.jpeg



Tərs metod
  • Eyni miqdarda və eyni dərəcədə su və qəhvə ilə başlayın.
  • Filtrı, kameranı və örtüyü əvvəlcədən isladın
  • Pistonu kamera ilə birlikdə çevirib sabit bir səthin üzərinə yerləşdirin.
  • Üyüdülmüş qəhvəni əlavə etdikdən sonra üstünü örtəcək qədər su töküb təxminən 20 saniyə gözlədikdən sonra qalan suyu əlavə edib, qarışdırın və bir dəqiqə gözləyin.
  • Qapaqla filtrı kameraya bağlayın.
  • Aeropresi tutaraq fincanı onun uzərinə yerləşdirin və çevirin və pistonun üzərinə yüngülcə basın.




image-02-09-20-02-44-10.jpeg



Alan Adlerdən sadə resept
İxtiraçı Alan Adler, mükəmməl qəhvə fincanı hazırlamağa imkan verəcək bir resept tapana qədər ixtirasını yorulmadan sınaqdan keçirib və bu reseplə  bizimlə bölüşür.

Alan Adlerin tövsiyələri digər reseptlərdən çox fərqlidir. O, espresso üyüdməsindən  və 80 C  sudan istifadə etmənizii, ümumi bişirmə müddətinin isə bir dəqiqəyə qədər olmasını tövsiyyə edir.


image-02-09-20-02-44-16.jpeg



  • Aeropressi quru filtrlı qapaqla bağlayıb fincanın üzərinə yerləşdirin.
  • Bir qaşıq qəhvə  (təxminən 15 qram qəhvə) əlavə etdikdən sonra 1 işarəsinə qədər su tökün (təxminən 85-90 qram).
  • Qəhvəni 10 saniyə ərzində qarışdırın.
  • Pistonu pressin üzərinə yerləşdikdirdən sonra təxminən 20-60 saniyə ərzində əlinizi pistonun üstünə qoyuraq, təbii çəkinizlə itələyin.
  • Bu reseptin nəticəsi - qəhvə konsentratıdır; zövqünüzə uyğun olaraq lazımı miqdarda isti su əlavə edin.
  • Aeropressi təmizləmək üçün qapağı çıxarıb, qəhvənı atın sonra isə ciyazı suyun altında tutaraq təmizləyin.

Aeropressdə qəhvə dəmləyən dünya çempionlarının reseptlərini sizin üçün bir cədvələ yığmışıq. 


Снимок экрана 2020-09-02 в 15.19.49.png



Aeropressdə hazırlanan qəhvəsi puroverdən daha zəngin, lakin espressodan daha yumşaqdır. Populyar qəhvə hazırlama üsulları arasında xüsusi yer tutur və istifadəsinin asanlığı onu əvəzolunmaz edir.


image-02-09-20-02-44-4.jpeg



  Müəllif : Abdullayeva Məryəm 









Geri siyahıya

Ən yaxşı avadanlıqlar
Giesen şirkətinin rosteri
Gündəlik qovurma
Yalnız təzə qəhvə
Dürüst qiymət
Bazardaki ən əlverişli müqavilə
Eksklüziv qovurma
Təkrar olunmaz profillər
Nadir mikrolotlar
Unikal növlər
Fərdi xidmət
Xüsusi şərtlər